Qəbul imtahanının II mərhələsi üçün proqramlar AÇIQLANDI 

Qəbul imtahanının II mərhələsi üçün proqramlar AÇIQLANDI 

Hazırda oxunan: Qəbul imtahanının II mərhələsi üçün proqramlar AÇIQLANDI 

157535

2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlarda nəzərə alınıb. 

Proqramla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz. 

1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi) 

2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi) 

Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar. 

- Fizika (Azərbaycan bölməsi) 

- Fizika (Rus bölməsi) 

- Biologiya (Azərbaycan bölməsi) 

- Biologiya (Rus bölməsi) 

Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq. 
Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərin müvafiq hissələri ilə aşağıda qeyd olunmuş keçiddən istifadə etməklə tanış olmaq olar. 

//dim.gov.az/upload/iblock/1b7/1b7cb3a81afb4c06b773c2caefb06da6.pdf 

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərlə aşağıda qeyd olunmuş keçiddən istifadə etməklə tanış olmaq olar. 

//dim.gov.az/upload/iblock/8b6/8b69c2e168f9130ada9f37ede2a7f6ca.pdf 

На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (“Дастан “Кёроглу” (глава “Приход Демирчиоглу в Ченлибель”)”, “Молла Панах Вагиф. Гошма “Байрам”, “Джалил Мамедгулузаде. Рассказ “Почтовый ящик”, “Самед Вургун.

Стихотворение “Горы”, “Мир Джалал Пашаев. Рассказ “Сирота”, “Абдулла Шаик. Рассказ “Письмо не дошло”, “Микаил Мушфик.

Стихотворение “Мама”, “Расул Рза. Стихотворение “Карабах”, “Гусейн Аббасзаде. Рассказ “Чужие” (Цикл “Той победной весной”)”, “Бахтияр Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса...”,“ Сабир Рустамханлы. Поэма “Возвращение в Карабах”, “Александр Сергеевич Пушкин. Повесть “Капитанская дочка”, “Иван Сергеевич Тургенев.

Стихотворение в прозе “Русский язык”, “Лев Николаевич Толстой. Рассказ “Кавказский пленник”, “Владимир Владимирович Маяковский. Стихотворение “Необычайное приключение…”, “Александр Твардовский. Поэма “Василий Тёркин” (главы “От автора” (На войне в пыли проходной…), “Переправа”, “О награде”)”, “Иван Третьяков. Рассказ “Бывают минуты”, “О.Генри. Новелла “Последний лист”), отсутствующим в учебнике, однако рекомендуемым к прочтению и анализу. Вы можете ознакомиться с соответствующими произведениями, перейдя по ссылке. 

//dim.gov.az/upload/iblock/507/507371147b982bac722355d2320869c3.pdf 

Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş alt standartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri, qiymətləndirmə meyarları da dərc ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO