Uşaqlarda iştahsızlıq və yuxusuzluğun səbəbi

Uşaqlarda iştahsızlıq və yuxusuzluğun səbəbi

Hazırda oxunan: Uşaqlarda iştahsızlıq və yuxusuzluğun səbəbi

15752

Uşaqlarda iştahsızlıq, yuxusuzluq, yaddaş problemi və davranış pozuntularının səbəblərindən biri də serotonin hormonunun aşağı səviyyədə olmasıdır.

Bizim.Media xəbər verir ki, uşağın aqressiv davranışları, qəzəbli olması, altını islatması, qarın ağrısı və mədə bulanması kimi simptomlar belə xoşbəxtlik hormonunun yetərincə olmaması deməkdir.

Bəs valideynlər serotonin səviyyəsinin yüksək olması üçün nə etməlidir?

Həkimlər qeyd edirlər ki, bunun üçün ilk öncə təzyiqin və şiddətin olmadığı ailə ortamı lazımdır. Çünki xoşbəxt olmayan ailə ortamı uşağın davranışına da mənfi təsir edər.

Bunlarla yanaşı, sağlam qidalanması və yuxusu, idmanla məşğul olması, günəşlə birlikdə yetərincə aldığı D vitamini də serotonin səviyyəsinin yüksəlməsinə kömək edə bilər. Amma serotonin bəsləyən ən güclü qida "sevgi və güvən"dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO