Hicran Hüseynova: \

Hicran Hüseynova: \"Qənirə Paşayeva heç zaman səhhətini qorumadı\"

Hazırda oxunan: Hicran Hüseynova: \"Qənirə Paşayeva heç zaman səhhətini qorumadı\"

157495

"Hər dəfə Qənirə Paşayevaya deyirdik ki, səhhətinə diqqət et. Amma onun taleyi belə yazıldı. Parlaq bir ulduz kimi parladı və ulduz kimi də getdi. Allah ona rəhmət eləsin". 

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL 


H.Hüseynova Q.Paşayevanın iş fəaliyyətindən və onunla bağlı xatirəsindən söz açıb: 

"Belə adamlar dünyaya çox az gəlir. O daxildən bilirdi ki, onu nə narahat edir. Bəlkə kiminsə xoşuna gəlmirdi, amma tez-tez problemləri gündəliyə gətirir, müzakirə edirdi. Bundan başqa o çox istedadlı bir insan idi. Onun qələmi ilə nə qədər mahnılar yazılıb və kitablar nəşr olunub. Bu insan hərtərəfli istedadlı bir insan idi. Allah rəhmət eləsin". 

H.Hüseynova mərhumla parlamentdə görüşdüyünü bildirib: "Sonuncu dəfə Qənirə xanımla parlamentdə görüşmüşdük. Sonra da təəssüflər olsun ki, eşitdik ki, belə bir vəziyyətdədir. Sonra xəstəxanaya getdik, amma o danışa bilmirdi. Hamımız inanırdıq və gözləyirdik ki, Allahın ona yazığı gələcək. Amma hərənin bir taleyi var. Onun taleyi də belə yazıldı". 

H. Hüseynova Q.Paşayevanın heç zaman səhhətini qorumadığını və özünü yalnız peşə fəaliyyətinə həsr etdiyini dilə gətirib: 

"Bu adam özünü, heç zaman səhhətini qorumayıb. Çox çalışırdı. Parlament asambleyasında çıxış edəndə səhhəti artıq yaxşı deyildi. Xəstə idi. Ona baxmayaraq, hamı ona deyirdi ki, müalicə olunmalısan. Qənirə belə idi..." 

Qeyd edək ki, Q.Paşayeva ötən axşam müalicə aldığı Mərkəzi Klinikada 48 yaşında vəfat edib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO