Milli Məclisin sədri Fransa Milli Assambleyasının rəhbəri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Fransa Milli Assambleyasının rəhbəri ilə görüşüb - FOTO

Hazırda oxunan: Milli Məclisin sədri Fransa Milli Assambleyasının rəhbəri ilə görüşüb - FOTO

157488

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. 

Milli Məclisin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə spiker Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. 

O, deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir. 

Spiker Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq, deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb.
Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.

Spiker Sahibə Qafarova Fransa parlamentinin rəhbərinə xatırladıb ki, Azərbaycan parlamentinin sədri kimi ona Qarabağda baş verən proseslər barədə bir neçə məktub göndərib. O, bu görüşdə də bir daha qeyd edib ki, Azərbaycan sülh və sabitlik istəyir. 

Milli Məclisin sədri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini bildirib.
Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir.

Əgər kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir.

Spiker Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO