Məşhurlar Qənirə Paşayevadan YAZDILAR:

Məşhurlar Qənirə Paşayevadan YAZDILAR: "Arzusu Xocalını işğaldan azad görmək idi" - FOTO

Hazırda oxunan: Məşhurlar Qənirə Paşayevadan YAZDILAR: "Arzusu Xocalını işğaldan azad görmək idi" - FOTO

157454

Xəbər verdiyimiz kimi, Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Bizim.Media xəbər verir ki, deputatın dünyasını dəyişməsi ilə bağlı ölkəmizin mədəniyyət xadimləri və şou-biznes nümayəndələri sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qənirə Paşayeva vəfat etdi


Xalq artisti Flora Kərimova: "Xalqın xatirində daim yaşayacaq ən döyüşkən əsgərlərdənsiniz. Yoxluğunuza inanmaq istəmirəm, düşünmək isə hədsiz ağırdır. Yaradan sizi rəhmət eləsin, millətimin layiqli qızı".


Xalq artisti Mənsum İbrahimov: "Böyük itkidir... Allah rəhmət elesin !".


Xalq artisti Nəzakət Teymurova mərhumla illər əvvəl çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb: "Allah rəhmət eləsin. Ruhun şad olsun".


Xalq artisti Nazpəri Dostəliyeva: "Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun gözəl bacım".


Xalq artisti Aygün Kazımova: "Çox, çox heyif... Çox dəyərli bir insanı itirdik. Allah rəhmət eləsin! Allah ailəsinə və əzizlərinə səbr versin".


Əməkdar artist Mehriban Xanlarova isə Qənirə xanımın ən böyük arzusu Xocalı şəhərini işğaldan azad görmək olduğunu qeyd edib:

"Əlimiz gəlmir yazmağa, dilimiz gəlmir söz deməyə... Çox təəssüf ki, Qənirə xanım dünyasını dəyişdi. Onun həyatda ən böyük arzusu Xocalını işğaldan azad görmək idi. Əziz Qənirə xanım, nigaran qalma. Bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bütün ailəsinə və yaxınlarına dərim hüznlə başsağlığı verir, səbr diləyirəm".


Əməkdar artist Aybəniz Haşımova da deputatla çəkilən fotosunu sosial şəbəkə səhifəsində yayımlayaraq bu itkiyə inanmadığını yazıb.


Hazırda Türkiyədə yaşayan Əməkdar incəsənət xadimi Məlahət Abbasova qızı Sudemlə Qənirə Paşayevanın birgə çəkilən şəklini paylaşaraq fikirlərini belə bölüşüb:

"Sudemlə Qənirəm. Bütün dualarım səninlə canım Gənirəm".


Qeyd edək ki, 48 yaşlı millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!










Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO