“Biz gərək tullantılarla bağlı məsələlərdə Söyüdlü sakinlərini öncədən məlumatlandırmalı, yeri gəlsə ictimai dinləmə keçirməli idik. Bu nöqsanımızı qəbul edirik”.
Bizim.Media xəbər verir ki, bunu "Anglo Asian Mining plc." şirkətinin rəhbəri Reza Vəziri media üçün keçirilən brifinqdə deyib.
R.Vəziri fikirlərinə belə davam edib: "Bəlkə də əhalini vaxtında məlumatlandırsa, maarifləndirmə aparsa, düzgün iş qursa idik, vəziyyət bu həddə gəlib çatmazdı. Təəssüf edirəm ki, bu işi görməmişik. Etiraf edirəm ki, bu, bizim səhvimizdir".
Bizim.Media