Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlılıq, həmçinin ağır metallar normadan yüksəkdir.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.
O bildirib ki, bir nöqtədə sionidin miqdarı 0,013 müəyyən edilib. Əslində isə norma 0,005 olmalıdır.
"Həmçinin 32 nöqtədə torpaqdan nümunələr götürülüb. Bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb".
Nazir qeyd edib ki, "Micon" şirkətinin apardığı monitorinqlərin yekunlarına dair həm şirkətə tövsiyə xarakterli sənəd hazırlanıb, həm də dövlət qurumları üçün nəzarət tədbirlərinin görülməsi və problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 28.09.2023
Söyüdlüdə sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir– RƏSMİ
Hazırda oxunan: Söyüdlüdə sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir– RƏSMİ
Hazırda oxunan: Söyüdlüdə sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir– RƏSMİ
157367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.