İşçilərin hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ 

İşçilərin hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: İşçilərin hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ 

157356

İşçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb. 
Bildirilib ki, “Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb. 

Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub. 
Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO