“Qondarma rejimin buraxılması xəstə ideologiyanın sonu deməkdir” – Tofiq Zülfüqarov  

“Qondarma rejimin buraxılması xəstə ideologiyanın sonu deməkdir” – Tofiq Zülfüqarov  

Hazırda oxunan: “Qondarma rejimin buraxılması xəstə ideologiyanın sonu deməkdir” – Tofiq Zülfüqarov  

157349

Xəbər verdiyimiz kimi Qarabağdakı qondarma rejim 2024-cü il yanvarın 1-dən etibarən mövcudluğunu dayandıracaq. Bununla bağlı rejimin rəhbəri Samvel Şahramanyan sərəncam imzalayıb.  Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv ediləcək.   

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu gözlənilən addım idi: 

“Bu çox böyük və tarixi hadisədir. Bu ermənilərin xəstə “miatsum” ideologiyasının sonu deməkdir. On illiklər boyu ermənilər dünyada təbliğat aparırdılar ki, guya onlar hansısa bir saf ideya üçün səfərbər olublar. Guya haqqı tapdanmış bir xalqın hüquqları üçün mübarizə aparırlar.  

Lakin, Azərbaycan son 3 ildə ermənilərin ən azı 100 illik cəfəng iddialarına son qoydu. Bütün dünyaya sübut etdi ki, ermənilər Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaratmaq istəyir. Ona görə də Xankəndindəki qurumun buraxılması əlamətdar hadisədir. Və xalqımızın uzun illər apardığı qəhrəmanlıq mübarizəsinin təntənəsidir”. 

Tofiq Zülfüqarov bir məsələyə də toxunub: 

“Bəzi mətbuat orqanları Xankəndidəki rejimi çox zaman separatçı rejim adlandırırlar. Bu düzgün ifadə deyil. 30 ildir ki, de-fakto Qarabağ Ermənistana birləşdirilmişdi. Xankəndi və ətraf ərazilər hamısı Ermənistan büdcəsindən maliyyələşirdi.

Hətta 10 noyabrdan sonra da Qarabağdakı ordu və idaretmə sistemi rəsmi İrəvan tərəfindən maliyyələşdirilirdi. Ona görə də ifadəni işlədəndə bir qədər diqqətli olmalıyıq. Separatçı rejim yox, Ermənistan hakimiyyətinin tör-töküntüləri deməliyik”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO