Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil VERİLDİ - FOTO 

Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil VERİLDİ - FOTO 

Hazırda oxunan: Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil VERİLDİ - FOTO 

157334

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Nağıyev Cahid Şəfa oğlunun nəşi 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılaraq ailəsinə təhvil verilib. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır. 

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq. 

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq. 
Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO