FHN Biləcəridəki yanğınla bağlı məlumat YAYDI - YENİLƏNİB

FHN Biləcəridəki yanğınla bağlı məlumat YAYDI - YENİLƏNİB

Hazırda oxunan: FHN Biləcəridəki yanğınla bağlı məlumat YAYDI - YENİLƏNİB

157277

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 5 ədəd dəzgah yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 19:08

Biləcəridə sexdə yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

*** 18:24

Biləcəridə sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO