Qusar və Xaçmazda şəhidlərimiz yad edildi - FOTO

Qusar və Xaçmazda şəhidlərimiz yad edildi - FOTO

Hazırda oxunan: Qusar və Xaçmazda şəhidlərimiz yad edildi - FOTO

157248

27 sentyabr - Anım günü Vətən Müharibəsində 46 şəhid vermiş Xaçmaz rayonunda da qeyd edilib. Sakinlər, rayon rəsmiləri, şəhid ailələrinin nümayəndələri, qazilər, hərbçilər və ictimaiyyət təmsilçiləri Xaçmaz Şəhidlər Xiyabanına toplaşıb. Xiyabanda Qarabağ şəhidlərinin xatirəsinə əbədi məşəl qoyulub, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahvbazovun büstünün və həmçinin bütün şəhidlərin xatirə lövhələrinin önünə tər güllər düzülüb. 

Bizim.Media xəbər verir ki, Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşərək, onlara bir daha başsağlığı verib, Vətənin müdafiəsində canından keçən oğullar böyütdüyü üçün valideynlərə minnətdarlıq edib. 

Qeyd edək ki, Xaçmaz rayonu 1988-ci ildən bu yana 244 şəhid verib.

Anım günü Qusar rayonunda da rayon mərkəzindəki Şəhidlər Xiyabanında qeyd olunub. 

Rayon rəsmiləri, şəhid ailələləri və hərbiçilər, qazilər, sakinlər, ictimaiyyət nümayəndələri şəhidlərin xatirəsini anıblar. Şəhidlərin xatirə kompleksinə əklil və şəhif məzarlarına tər güllər düzülüb. 
Gündüz saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO