Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.
Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla yola düşəcək.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 27.09.2023
Yanğınsöndürənlərimiz Ağdamdan Xankəndiyə YOLA DÜŞDÜLƏR - VİDEO
Hazırda oxunan: Yanğınsöndürənlərimiz Ağdamdan Xankəndiyə YOLA DÜŞDÜLƏR - VİDEO
Hazırda oxunan: Yanğınsöndürənlərimiz Ağdamdan Xankəndiyə YOLA DÜŞDÜLƏR - VİDEO
157207
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.