Qarabağdan gedən erməni: “Bizi düşmən edən Mixail Qorbaçov oldu” - VİDEO

Qarabağdan gedən erməni: “Bizi düşmən edən Mixail Qorbaçov oldu” - VİDEO

Hazırda oxunan: Qarabağdan gedən erməni: “Bizi düşmən edən Mixail Qorbaçov oldu” - VİDEO

157036

“Hesab edirəm ki, iki xalqın düşmən olmasına səbəb Mixail Qorbaçov oldu”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Slava Usebyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib:

“Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakının mərkəzində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribanlıq olsun.
İki evimi qoyub çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burada saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO