Bakının mərkəzində hələ də istismar müddəti bitmiş, bir hissəsi sökülmüş binalarda yaşayış var. Həyatlarını təhlükə altına qoyan bu sakinlər mənzillərini tərk etmək istəmirlər.
Belə binlardan biri də Kövsər Səfərəliyev 45 C (Səməd Vurğun bağının arxası) ünvanında yerləşən yaşayış binasıdır.
Fotolardan aydın görünür ki, binanın aşağı mərtəbələri sökülsə də yuxarı mərtəbələrində hələ də yaşayış var.
MÖVZU İLƏ BAĞLI:
Bakının su ilə dolu ZİRZƏMİLƏRİ – Problemi həll edən qurum tapılmır - VİDEO
Bakıda belə binaların sayı isə az deyil. Ekspert Natiq Cəfərli Bizim.Media-ya söyləyir ki, onda olan məlumata görə, bu binadan yaşayan sakinlərin bəziləri verilən vəsaitlə razılaşmadıqları üçün binanı tərk etmirlər. Müsahibiz vurğulayıb ki, bina dövlət ehtiyacları üçün sökülmürsə, onda mülkiyyətçi qiyməti özü diktə edə bilər:
“Qiymətlə razılaşıb, razılaşmamağı mülkiyyətçinin öz hüququdur. Çıxış yolu kimi sakinlər məhkəmələrə kütləvi şəkildə müraciət edə bilərlər.
Məhkəmələr həmin binada iş görmək istəyən icra hakimiyyəti orqanları və ya özəl şirkətlə birgə ortaq məxrəcə gəlməlidir.
Yenə deyirəm bu binaların sakinlərinin köçmək istəməməklərinin səbəbi qiymətlə bağlıdır. Bina yarasız vəziyyətə düşüb, istismar müddəti bitdiyi üçün sökülməlidir. Bura yaşamaq üçün hər an təhlükəlidir.
Lakin, sökülərkən də sakinlərin mülkiyyət hüququ qorunmalıdır”.
Gülşanə Mustafayeva, Bizim.Media