Qanunsuz ov edənlər cəzalandırıldılar

Qanunsuz ov edənlər cəzalandırıldılar

Hazırda oxunan: Qanunsuz ov edənlər cəzalandırıldılar

156908

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında və Katex çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Elnur Əliyev, Yevlax rayon sakinləri Məhəbbət Qasımov, Rəsul Eyyubov, İntiqam Əzizov və Balakən rayon sakini Aslan Rzayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO