Cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı YARADILIB – XƏBƏRDARLIQ 

Cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı YARADILIB – XƏBƏRDARLIQ 

Hazırda oxunan: Cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı YARADILIB – XƏBƏRDARLIQ 

156900

Kiberdələduzlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilən cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. 

Saxta portal vasitəsilə vətəndaşlar tərəfindən bank və digər fərdi məlumatlarını daxil edərək, tətbiq olunan cərimənin ödənilməsi nəzərdə tutulur. 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız dövlət qurumları tərəfindən təqdim edilən rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO