Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, “Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin”.
Təhsil Nazirliyinin bu qərarı Nazirlər Kabinetinin 29 oktyabr tarixli “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına əsasən qəbul edilib.
Bizim.Media