Xəbər verdiyimiz kimi, 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb.
Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib və artıq Xankəndidə Azərbaycan işığı yanır.
Bizim.Media xəbər verir ki, Xankəndi şəhərinin Azərbaycan işığı ilə gecə görüntüləri yayılıb.
Həmin videonu sizə təqdim edirik:
Bizim.Media