Şəhid Şəhriyar Əliyevin atası ilə son telefon danışığı - VİDEO 

Şəhid Şəhriyar Əliyevin atası ilə son telefon danışığı - VİDEO 

Hazırda oxunan: Şəhid Şəhriyar Əliyevin atası ilə son telefon danışığı - VİDEO 

156678

Ordumuzun hərbi qulluqçusu Şəhriyar Bəxtiyar oğlu Əliyevin şəhid olmazdan əvvəl son telefon danışığı yayılıb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə şəhidimizin atası ilə “whatsapp” platformasında son danışığı yayılıb. 

Ş. Əliyev atasına son günlər ona zəng etmədiyinə görə üzrxahlıq edib. 

Qeyd edək ki, 19 sentyabrda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuzun hərbi qulluqçusu Şəhriyar Bəxtiyar oğlu Əliyev şəhidlik zirvəsinə ucalıb.  

Şəhriyar Əliyev 1997-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birgə Bakıda yaşayıb.

O, 19 sentyabr 2023-cü il tarixində Ağdərə istiqamətində minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız 10 il öncə qardaşını, 7 il öncə isə anasını itirib. Bakı şəhəri, Bakıxanov qəsəbəsində atası və bacısı ilə yaşayıb. 
O, Bakı şəhəri, Bakıxanov qəsəbəsində 21 sentyabr tarixində torpağa tapşırılıb. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO