Qarabağın erməni sakinlərinə humanitar yardımların göndərilməsi DAVAM EDİR - VİDEO 

Qarabağın erməni sakinlərinə humanitar yardımların göndərilməsi DAVAM EDİR - VİDEO 

Hazırda oxunan: Qarabağın erməni sakinlərinə humanitar yardımların göndərilməsi DAVAM EDİR - VİDEO 

156671

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton humanitar yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı ilə Laçın yolu ilə keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə BQXK məlumat yayıb. 

Bildirilib ki, ehtiyacı olanlar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir. 

BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib. 

Məlumatda qeyd edilib ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO