Bu gün Bakıda alt paltarında gəzən qız saxlanılıb.
Bizim.Media xəbər verir ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.
Qadın polis tərəfindən saxlanılıb, profilaktik söhbət aparıldıqdan sonra isə sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu bildirib.
Qeyd edək ki, bu gün Bakının mərkəzində, Fəvvarələr Meydanında bir nəfərin sezona uyğun olmayan, qeyri-adi geyim ilə gəzintiyə çıxması əhali tərəfindən təəccüblə qarşılanıb. Həmin görüntülər sosial şəbəkədə yayılıb.
Bizim.Media