Generalla zabitlər 143 milyonu necə mənimsəyib? - Dindirmə qapalı olacaq 

Generalla zabitlər 143 milyonu necə mənimsəyib? - Dindirmə qapalı olacaq 

Hazırda oxunan: Generalla zabitlər 143 milyonu necə mənimsəyib? - Dindirmə qapalı olacaq 

156545

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digər zabitlərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittihamı elan edib.  

Nizami Məmmədov, Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə ondan ötrü təqsirləndirilir ki, onlar xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər. 

Mənimsəmə hallarında isə bu növ cinayətlərin törədilməsindəki metodlardan istifadə edilib. Məsələn, büdcədə ayrılmış pullar əvvəlcədən razılaşdırılmış şirkətlərin hesabına köçürülüb.Şirkətlərlə bağlanmış müqaviləyə əsasən isə alınacaq malların dəyəri süni şəkildə şişirdilib, köçürülən pullar nağdlaşdırılaraq təqsirləndirilən şəxslərə qaytarılıb. 

Bundan başqa uydurma şəxslərin adına açılan kart hesablarına pullar köçürülərək külli miqdarda dövlət vəsaiti qəsdən talanıb.  

Dövlətin qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərinə görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.  

Təqsirləndirilən şəxslər hər biri ittihama münasibətdə özlərini qismən təqsirli bilib.  

Nizami Məmmədov özünü ona görə qismən təqsirli sayır ki, o, satınalma və mənzil istismar sahəsi ilə bağlı 6 miıyon manata yaxın mənimsəmə epizodunu qəbul etmir. 

General deyir ki, onun hərəkətləri nəticəsində dövlətə 12 milyon ziyan dəyib. Həmin ziyan da tamamilə ödənilib.  

Digər təqsirləndirilənlər isə onlara verilmiş ittihamda qeyd olunan rəqəmlərin şişirdildiyini iddia edirlər.   

Prosesin sonuna yaxın Vüsal Əlizadənin vəkili Fərhad Əhmədov vəsatət qaldıraraq məhkəmə baxışının davamının qapalı keçirilməsini istəyib. 
Sədrlik edən hakim Fikrət Əliyev prokurorun və digər vəkillərin münasibətini öyrənmədən vəsatəti dərhal təmin edib. 

Hakim qərarı onunla əsaslandırıb ki, iş materiallarında dövlət sirri təşkil edən məlumatlar yer alır.  
Qeyd olunub ki, hələ ki, yalnız ittiham olunan şəxslərin ifadə verəcəkləri hissə qapalı keçirilsin, sonrakı müddətdə isə vəsatətə yenidən baxılacaq. 

Sentyabrın 29-da keçiriləcək iclasda təqsirləndirilən şəxslər sərbəst ifadə verəcəklər. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.  

Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görürülən digər zabitlər həbs ediliblər. 

İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO