“Ermənilər dedilər ki, yalançısan”

“Ermənilər dedilər ki, yalançısan”

Hazırda oxunan: “Ermənilər dedilər ki, yalançısan”

1564

“32 yaşım var, subayam, hələ ailə həyatı qurmamışam... Bəlkə də o toy elə Kəlbəcərə qismətdir. Gəlin maşınım da elə həmin maşın olar”.

Qısa müddətdə sosial şəbəklərdə öz köhnə “Vilis”i ilə məşhurlaşan Rəşad Əlizadə deyir bu sözləri. O, Bizim.Media-ya müsahibəsində bildirdi ki, düz 27 il əvvəl çıxdığı Kəlbəcərə də elə bu maşınla qayıdacaq.

Deyir ki, Kəlbəcərin azadlıq xəbərini eşidib bu videonu paylaşıb. Qısa müddətdə də Azərbaycan, Türkiyə, Rusiya mətbuatının qəhrəmanına çevrilib. Hətta erməni mətbuatı da bu maşından yazıb.

- Onlar nə yazmışdı ki?

- Onlar idda edirdilər ki, bu yalandır. Mən maşının sənədlərini üzə çıxartdım, televiziyada və mətbuatda nümayiş etdirdim.

- Kəlbəcərə qayıdacaqsanmı?

- Əlbəttə! Rayon mərkəzindəki evimizi bərpa edib orada yaşayacağam. Hətta ixtisasımı dəyişib oralara uyğun bir işlə məşğul olmağı düşünürəm. Ya da kənd təsərrüfatı ilə məşğul olaram. Yadımdadır ki, bağçamızın barını o vaxt satırdıq, o bizim bir illik ehtiyacımızı ödəyirdi...

- Bu maşın nədən sizə belə əzizdir?

- Maşın 1961-ci ilin Sovet istehsalıdır, dörd qapılı Qaz-69-dur. Ana babam Musayev Ələkbərə rayonun baş aqronomu olduğuna görə xidməti maşın kimi verilib. Babam da maşını qızına cehiz kimi bağışlayıb. O vaxtdan atamda olub. Həmin maşınla Kəlbəcərdən çıxmışam. O maşında uşaqlıq xatirələrim var. Məni o maşında doğum evindən çıxarıblar. Onunla Kəlbəcərin kəndlərini gəzmişəm.

- Maşın Kəlbəcərə qayıdanda necə görünəcək?

- Maşın elə öz təbii rəngində qalacaq. Amma nömrə yerinə “Qarabağ Azərbaycandır!” yazdıracağam, elə Kəlbəcərə də o cür gedəcəyəm...

... Hə, bir şeyi də qeyd etmək istərdim. İstərdim ki, erməni işğalından əziyyət çəkmiş yurd-yuvamızın bir hissəsi  muzey kimi qalsın. Yeni bir şəhər qurulsun. Kəlbəcər şəhəri iki yerə bölünsün. Biri müasir, güclü Azərbaycanın simvolu olan Kəlbəcər şəhəri, biri isə işğaldan əziyyət çəkmiş Kəlbəcər şəhəri. Düşünürəm ki, bu, turistlər üçün də maraqlı olar, erməni dəhşətini həmin o muzey-şəhər danışar hamıya.

Cavi Dan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO