“İMPULS-AR” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı “İMPULS-AR” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 20 min manat məbləğində cərimə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 21.09.2023
İşçinin hüquqlarını pozan şirkət rəhbəri 20 min manat cərimələndi
Hazırda oxunan: İşçinin hüquqlarını pozan şirkət rəhbəri 20 min manat cərimələndi
Hazırda oxunan: İşçinin hüquqlarını pozan şirkət rəhbəri 20 min manat cərimələndi
156366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.