Azərbaycanda daha bir general işdən çıxarıldı

Azərbaycanda daha bir general işdən çıxarıldı

Hazırda oxunan: Azərbaycanda daha bir general işdən çıxarıldı

156362

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub. 

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlı olub. 

Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib. 
Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO