BP şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb.
Bizim.Media bp şirkətinə istinadən xəbər verir ki, sazişdə SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə "Sunrise" layihəsinin bir hissəsi olmaq niyyəti əks olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi və icrası üzrə əməkdaşlıq barədə İcra Müqaviləsi imzalanıb.
Bu sənəd Azərbaycanın işğaldan azad olunmuş ərazilərində "yaşıl enerji" zonasının yaradılması və bərpa olunan enerji sektorunun inkişafı, o cümlədən, 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması üzrə öhdəliklərlə əlaqəli strateji həll və bp şirkətinin 2050-ci ilədək sıfır emissiyalı şirkətə çevrilmək strategiyasının reallaşdırılması çərçivəsində imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 21.09.2023
BP Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə yeni saziş imzaladı
Hazırda oxunan: BP Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə yeni saziş imzaladı
Hazırda oxunan: BP Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə yeni saziş imzaladı
156299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.