Bu günlərdə separatçıların qeyri-qanuni silahlılarının bir hissəsi Qarabağı tərk ediblər. Onlar tələbə paltarına bürünərək Laçın sərhəd-keçid məntəqəsinə üz tutublar. Maraqlısı budur ki, separatçı dəstənin arasında bir nəfər də olsun qadın yoxdur. Sosial şəbəkələrdə yayılan görüntülərə diqqətlə baxsaq görərik ki, oradakı şəxslər arasında yaş fərqləri də olduqca böyükdür.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.
O vurğulayıb ki, bölgədə yaşayan ermənilər əgər təşviş yaratmaq və təxribat törətmək niyyətindədirsə, o zaman Azərbaycan tərəfinin antiterror tədbiri keçirməyə tam haqqı vardı. Vətən müharibəsindən sonra rəsmi Bakı müxtəlif platformalarda dəfələrlə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərdilər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır, Qarabağı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Yəni buradakı ermənilər üçün iki yol vardı, üçüncü yol mövcud deyildi. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi dəyişməzdir. Ölkə ərazisində yaşayan və yaşamaq istəyən hər kəs ilk növbədə onun qanunlarına hörmət etməlidir.
Mövzu ilə bağlı Ramil Məmmədli bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı əslində münaqişənin həlli ilə bağlı əsas baza razılaşması kimi təsirli idi: “Təəssüf ki, Ermənistan Bəyanatın dördüncü bəndini icra etmirdi. Rusiya sülhməramlıları əraziyə daxil olduğu müddətdə paralel olaraq erməni silahlıları ərazidən çıxmalı idilər. Bu proses reallaşmadı. Nəticədə Ermənistan Qarabağ ərazilərinə müdaxilə etməyə cəhdlər etdi, xüsusilə bölgədə hərbi aktivlik hiss olunmağa başladı. Daxili yerdəyişmələr, silahlanma və sairə addımlar atıldı".
Onun sözlərinə görə, Qarabağ ərazisindən qanunsuz hərbi birləşmələrin çıxarılmaması və tərksilah olunmamasında Ermənistan üzərinə böyük məsuliyyət düşür. Çünki 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına imza atanlar arasında həmin ölkə də var. O cümlədən hazırda danışıqlarda vasitəçi kimi missiyanı öz üzərinə götürən Avropa İttifaqı da qanunsuz erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına nail olmalıdır.
"Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların havadarlarına müraciət edərək deyirdi ki, bu ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur. Qanunsuz xunta rejimi dırnaqarası bayraqlarını cibinə qoyub torpağımızdan çıxmalıdır. Son üç ildə kiçik lokal antiterror tədbirləri aparılıb. Odur ki, erməni silahlı birləşmələri ərazini tərk etmədiyi üçün bu proses yenə də davam etdi. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlayıb. Onlar şərtlərimizi qəbul edərək silahların təhvil verilməyə başlayıblar”, - deyə hərbi şərhçi xatırladıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 21.09.2023
Yalnız qanunlarımıza hörmətlə yanaşan ermənilər Qarabağda qalacaq - Hərbi şərhçi
Hazırda oxunan: Yalnız qanunlarımıza hörmətlə yanaşan ermənilər Qarabağda qalacaq - Hərbi şərhçi
Hazırda oxunan: Yalnız qanunlarımıza hörmətlə yanaşan ermənilər Qarabağda qalacaq - Hərbi şərhçi
156250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.