“30 ildən sonra torpağa qayıtmaq çox çətin idi”.
Bu sözləri Bizim.Media-ya yurdunu ziyarətdən yenicə qayıdan, xalq artisti Arif Babayev söylədi.
“Erməni kimi millət yer üzündə yoxdur, daşı-daş üstə qoymayıblar. Heç öz evimizi tanıya bilmədim. Ata-anamın qəbrini də söküb aparıblar. Bir nişanə yoxdur ki, oturub onlarla söhbət edəsən.
MÖVZU İLƏ BAĞLI:
Arif Babayev Ağdama getdi – Valideynlərinin qəbrini tapa bilmədi - VİDEO
Yenə getdim, ölənlərimizin ruh qarşısında dayandım, dua etdim. Yəqin ki, Ağdama getməyimdən onların ruhları agahdır. Gedib onları yoxladığım üçün şaddırlar”.
Xalq artisti deyir ki ömür vəfa etsə, yaşamağa şərait olsa Ağdama yaşamağa gedər:
“Niyə də Ağdamda qalmayım? Dığalar həmişə bizə baxıb gülürdülər ki, bizim torpaqlarımızın içində oturublar. Həmişə fikirləşirdim ki, nə vaxtsa qayıdacağıq görəsən? İndi şükür qayıtdıq. İlham Əliyev cəngavər kimi meydana girdi.
Ordumuz da bir yumruq kimi birləşdi, torpağımızı qaytardılar. Təki ömür vəfa etsin, qayıdıb Ağdamda yaşayacam”.
Gülşanə Mustafayeva, Bizim.Media