VİP müştəri axtaran qadınlar: “Hamını razı salıb işimizi görürük” - FOTOLAR

VİP müştəri axtaran qadınlar: “Hamını razı salıb işimizi görürük” - FOTOLAR

Hazırda oxunan: VİP müştəri axtaran qadınlar: “Hamını razı salıb işimizi görürük” - FOTOLAR

15615

Dünyanın bir çox ölkələrində fahişəlik, hazırkı adı ilə desək seks işçisi rahatca öz “halal işi” ilə məşğul ola bilər. Bu şəxslər müəllimə, həkim, dərzi və.s kimi işlərini görüb vergisini ödəyir. 

Real həyatdan fərqli olaraq virtual aləmdə sosial şəbəkələrdə, əsasən də İnstagramda vəziyyət bir az fərqlidir.

Burada qadın və kişilər hətta üçüncü nəslin nümayəndələri olan transqenderlər də açıq və sərbəst  şəkildə öz “xidmətlərini” təklif edirlər.

Görünür onlar fotoları və telefon nömrələrini qeyd edib “görüşürəm” statusu ilə paylaşım etməkdə azaddırlar. Bununla yetinməyənlər hətta öz çılpaq və iş başında olarkən çəkilən fotoları ilə özlərini reklam etməyi çəkinmirlər.

Bu xidmətçilərin içərisində açıq şəkildə ünvanını və qiymətini qeyd edən “cəsarətli”lərini də tapmaq olar. 

Məsələnin daha da xırdalıqlarını öyrənmək üçün dərin araşdırma aparmaq niyyətini düşdük. Sən demə fahişəlikdə özünə görə bir neçə hissəyə bölünür. Burada da seks işçiləri qiymətlərinə görə təbəqəyə bölünür. Hətta VİP fahişələr də öz mövcudluqlarını qoruyub saxlayıb.

 

Bildiyimiz kimi müasir dövrdə kiçik uşaqlardan tutmuş yaşlı nəsilə qədər hamı sosial şəbəkələrdə vaxt keçirir. Bu cür təkliflər açıq hesablardan paylaşıldığı üçün yuxarıda sadaladığım yaş həddində olan insanların qarşısına mütləq şəkildə çıxır.


Bəs, bu məsələlərə necə nəzarət olunur? Hüquq mühafizə orqanları bunu necə tənzimləyir və buna görə hansı qanunlar qüvvəyə minir?

İnsan alverinin qadağan olduğu bir ölkədə bu cür hallara yol vermək olmaz.

Araşdırmamızı sosial şəbəkədə bu xidməti təklif edən xanımla davam edirik. 

“Bəs siz hüquq mühafizə orqanları tərəfindən həbs edilib, barənizdə cinayət işi başlamasından qorxmursunuz? Azərbaycanda bu qanunla qadağandır.

Bu sözlərimə o, məlahətli səsi ilə  “Hərəsinin payı vaxtı-vaxtında çatır ki, biz də rahat işimizi görək”,- deyə cavab verir.

Qadının iddiasına görə, guya onlar lazım olan insanlara öz “paylarını” çatdırıb, öz işləri ilə məşğul olurlar.

Azərbaycanda isə seks xidməti göstərmək qadağandır və öz bədənləri ilə alver edən şəxslər haqqında cinayət işi başladılır.

 

Qanunlarımıza görə əxlaqsızlıqla məşğul olmaq həm qadın, həm də kişi üçün qadağandır.  Fahişəliyə cəlb etmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsinə görə 1 ildən 3 ilə qədər fərdi azadlıqdan məhrum edə bilər.


Belə ki, 243.1. maddəyə görə, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə-iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə fahişəliklə məşğul olma, ona cəlb etmə, əxlaqsız yaymaq da cinayət sayılır. 

Bu qanunun demək olar ki, çox insanın bildiyi üzüdür.  Lakin hər bir işdə olduğu kimi ayın görünməyən tərəfləri də olur.

Fakt üzrə araşdırmamızı bayram günlərindən sonra hüquq mühafizə orqanları ilə 
davam etdirəcəyik...

Hələliksə araşdırmamıza aid bir neçə fotonu diqqətinizə təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO