Argentina Prezidenti özünə aid olmayan məsələlərə qarışır - İcma

Argentina Prezidenti özünə aid olmayan məsələlərə qarışır - İcma

Hazırda oxunan: Argentina Prezidenti özünə aid olmayan məsələlərə qarışır - İcma

156139

Qərbi Azərbaycan İcması Argentina Prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir.

Bizim.Media xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.

Bəyanatda Argentina Prezidentinin ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, həm də diletant münasibət bildirdiyi qeyd olunur.

“Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. “Azərbaycanı Dağlıq Qarabağı nəzarətə götürmək”də ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.
Azərbaycanı “etnik, dini, irqi təqibdə”də ittiham edən Alberto Fernandesə Argentinada XIX əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO