Ermənilərin öldürmək istədiyi ekskavatorçu hadisə anından danışdı - FOTO

Ermənilərin öldürmək istədiyi ekskavatorçu hadisə anından danışdı - FOTO

Hazırda oxunan: Ermənilərin öldürmək istədiyi ekskavatorçu hadisə anından danışdı - FOTO

156137

Bərpa-quruculuq işləri görən zaman top mərmisinə tuş gəldim.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında dünən terror hücumu nəticəsində Ağdamda yaralanan ekskavator operatoru Mehman Həsənov deyib.

"Biz şəhərsalmada işləyirik. Heç nədən xəbərimiz yox idi. Qəflətən atışma oldu. Mən özüm ekskavatorla işləyərkən top mərmisi yaxınlığıma düşdü", - o qeyd edib.

M.Həsənov bildirib ki, partlayış nəticəsində dirsək və diz nahiyəsindən yaralanıb: "Mən özüm ekskavator işlədirəm. Ağdamda bərpa-quruculuq işləri görürdük. Həmişə olduğu kimi, öz işimi görürdüm. Anidən partlayış səsləri eşitdim. Həmin vaxt ekskavatorun içərisində idim. Bilmədim, nə baş verdi. Texnikadan yerə düşən zaman top mərmisinə tuş gəldim. Qəlpə yaraları aldım. Diz və qol nahiyəmdən yaralandım. Texnikayada ziyan dəydi".

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO