Hazırda Qarabağda gedən antiterror tədbirləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən günün ikinci brifinqi keçirilib.
Bizim.Media xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Antiterror tədbirləri ilə bağlı Müdafiə Nazirliyi BRİFİNQ keçirir
O bildirib ki, lokal antiterror tədbirləri davam etdirilir:
“Ermənilər mülki infrastrukturu və hərbi obyektləri atəşə tutur. Düşmənin dərinlikdə olan mövqeləri, döyüş vasitələri sıradan çıxarılır”.
A.Eyvazov qeyd edib ki, Orduda şəxsi heyətin hazırlıq vəziyyəti yüksək səviyyədədir:
"Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.Onlar lazım olan hər şeylə təmin olunublar".
Bizim.Media