Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırdı

Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırdı

Hazırda oxunan: Qazaxıstan Füzulidə Uşaq Mərkəzini inşa edən şirkəti mükafatlandırdı

155969

Qazaxıstan səfirliyi Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisinə məsul olan “BI Group” şirkətinin nümayəndələrini mükafatlandırıb.

Bizim.Media səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, “BI Group”un Beynəlxalq Layihələr Departamentinin direktoru Arman Lesbekov, layihə rəhbəri Daulet Janabilov, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Görüşdə səfir “BI Group”un əməkdaşlarına müvafiq nazirliyin fəxri fərmanlarını və təşəkkürnamələrini təqdim edib.

A.Bayel həmçinin yaradıcılıq mərkəzinin tikintisində komandanın işinin peşəkarlığına, keyfiyyətinə və səmərəliliyinə görə təşəkkürünü bildirib.

A.Lesbekov isə öz növbəsində “BI Group”un bu mühüm layihə üzərində çalışan zaman göstərilən hərtərəfli dəstəyə görə səfirliyə minnətdarlığını bildirib və hazırkı tikinti işlərinin gedişindən danışıb.
Qeyd edək ki, Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana səfəri zamanı verdiyi tapşırığa əsasən həyata keçirilir. Mərkəzin təməlqoyma mərasimi 2023-cü ilin martında baş tutub, onun tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO