“Ermənistan tərəfi birgə bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, qoşunlarını, silahlarını və texnikalarını ərazidən çıxarmırsa, o zaman Azərbaycan da birgə bəyanatdan imzasını geri çəkməklə 30 il bundan əvvəl imzalanan BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına icra etmək məcburiyyətindədir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ermənilərin Xocavənddə və Ağdamda törətdiyi təxribatlarla bağlı məsələyə şərh verərkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Qarabağda antiterror əməliyyatları BAŞLADI
Onun sözlərinə görə, Ermənistan tərəfi mütləq şəkildə ən sərt formada cəzalandırılmalıdır:
“Ermənistanın Qarabağ ərazisində yerləşən silahlı birləşmələri, həm də kəşfiyyat diversiya qruplarının ərazilərmizə göndərilməsi ilə basdırdıqları minalarda Azərbaycan polisləri ilə yanaşı, mülki vətəndaşların həlak olması, digər tərəfdən Ağdam istiqamətində düşmənin atəşkəsi pozmasının cəzası sərt olacaq.
Baş verən hadisələr fonunda Ermənistan təxribatlarının qarşısının alınması üçün fərari ordusunun sərt bir şəkildə cəzalandırılması vacibdir.
Ermənistan və onun Qarabağdakı tör-töküntülərinin kifayət qədr ağrılı-acılı və sarsıdıcı bir cavab olacaq. Bir nəfər də olsun əsgərimizin, polisimizin, yaxud mülki vətəndaşımızın bu günə kimi qanı yerdə qalmayıb və qalmayacaq”.
Alçina Amilqızı, Bizim.Media