AZAL-dan ŞOK ENDİRİM - 100 manatdan ucuz biletlər satışa ÇIXARILDI – RƏSMİ  

AZAL-dan ŞOK ENDİRİM - 100 manatdan ucuz biletlər satışa ÇIXARILDI – RƏSMİ  

Hazırda oxunan: AZAL-dan ŞOK ENDİRİM - 100 manatdan ucuz biletlər satışa ÇIXARILDI – RƏSMİ  

155917

Artıq Bakıdan xarici ölkələrə daha ucuz qiymtlərə səfər etmək mümkündür.  

Bu barədə Bizim.Media-ya AZAL-ın mətbuat katibi Nərmin Xəlilova məlumat verib. 

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 AZN-dən başlayaraq, gediş-gəliş isə 180 AZN-dən başlayaraq təşkil edir. Bu, Gürcüstanın gözəlliyindən, zəngin irsindən və gözəl memarlığından zövq almaq üçün əla fürsətdir.

Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 AZN-dən başlayaraq, gediş-gəliş isə 347 AZN-dən başlayan qiymətə başa gələcək. Qeyd edək ki,  İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 AZN-dən başlayaraq, gediş-gəliş aviabiletini - 437 AZN-dən başlayaraq təklif edir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO