Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində 6 nəfər (AAYDA-nın 2, DİN-in 4 əməkdaşı) həlak olub.
Bizim.Media xəbər verir ki, teleqram kanallarında Xocavənddə baş verən partlayış yerindən görüntülər yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Xocavənd rayonunda yük maşını minaya düşdü - 2 nəfər öldü
Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Bizim.Media