Azərbaycan Ordusunun komandanlıq heyəti bir araya toplandı

Azərbaycan Ordusunun komandanlıq heyəti bir araya toplandı

Hazırda oxunan: Azərbaycan Ordusunun komandanlıq heyəti bir araya toplandı

155907

Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb.

Bizim.Media xəbər verir ki, konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üzrə tədbirlərin təşkili və keçirilməsində rolu, zabitlərin hərbi qanunvericilik sahəsində rəhbər sənədləri bilməsi, həmçinin hərbi intizamın gücləndirilməsi, qış dövrünə hazırlıq və bir sıra digər aktual məsələlər müzakirə olunacaq. Konfrans sentyabrın 21-nə kimi davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO