XİN-ə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI 

XİN-ə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI 

Hazırda oxunan: XİN-ə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI 

155898

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib. 

Qeyd edilib ki, tələb olunan şərtləri ödəyən namizədlər imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında

(//exidmet.dim.gov.az/elimt/XINTest2Merhele/QeydList) qeydiyyatdan keçib ödəniş etməlidirlər. 

Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək.

Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər. 

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq. 
İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO