“MilliÖn” aparatlarından “BakıKart”lara ödənişə məhdudiyyət qoyulub? – RƏSMİ AÇIQLAMA

“MilliÖn” aparatlarından “BakıKart”lara ödənişə məhdudiyyət qoyulub? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “MilliÖn” aparatlarından “BakıKart”lara ödənişə məhdudiyyət qoyulub? – RƏSMİ AÇIQLAMA

155894

Son günlər Bakının bir çox marketlərində yerləşən “MilliÖn” aparatları vasitəsilə “BakıKart”lara ödəniş edilməsilə bağlı problem yaşanır. Market işçiləri bildirirlər ki, “MilliÖn” aparatlarından “BakıKart”a ödəniş edilməsinin yığışdırılması ilə əlaqədar məhdudiyyət qoyulub.

Bu isə sakinlər üçün ciddi problemlərə yol açır. Çünki belə olan halda, “Bakıkart”lara vəsait yükləmək üçün ya onlayn tətbiqdən, ya da Metropolitendəki terminallardan istifadə etmək lazım gəlir.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər və bu imkanlar genişləndirilir:
 

MÖVZU İLƏ BAĞLI:

Əksər avtobus dayanacaqlarında NİYƏ ödəmə terminalı yoxdur? - VİDEO


“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir.

Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün iyunun 20-dən tətbiq istifadəyə verilib. 

Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Bu gün vətəndaşlar ictimai nəqliyyatda ödənişlərini həm mobil tətbiq, həm də “BakıKart” plastik kartları vasitəsilə edə bilirlər”.

Qurum rəsmisi Tural Orucov “MilliÖn” aparatlarında məhdudiyyətlərinin qoyulmasının yalan olduğunu, əksinə terminalların və aktivliyin artırıldığını qeyd edib:

“Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən 1600-dən çox “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir. 

Cari ay ərzində ümumilikdə 1641 ədəd MilliÖn terminalında BakıKart dolum xidməti onlayn olub. Son 5 gündə isə 1568 ədəd MilliÖn terminalında aktivlik müşahidə olunub. Aktiv terminal sayı dəyişkənliyi birbaşa terminalın şirkətindəki tənzimlənməyə bağlıdır”.

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO