Polis Masallıda əməliyyat keçirdi: Keçmiş məhkum tutuldu - FOTO

Polis Masallıda əməliyyat keçirdi: Keçmiş məhkum tutuldu - FOTO

Hazırda oxunan: Polis Masallıda əməliyyat keçirdi: Keçmiş məhkum tutuldu - FOTO

155885

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO