“Euronews” saytı Azərbaycanla bağlı məqalə dərc etdi - FOTO

“Euronews” saytı Azərbaycanla bağlı məqalə dərc etdi - FOTO

Hazırda oxunan: “Euronews” saytı Azərbaycanla bağlı məqalə dərc etdi - FOTO

155876

“Euronews” saytının italyan dili bölməsində Azərbaycanın qayalı dağları və ucqar kəndləri haqqında məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, yazıda adrenalin dolu gəzintiləri sevənlər, heyrətamiz mənzərələri görmək və macəra yaşamaq istəyənlər üçün 5 əsas istiqamət təqdim edilir.

Bildirilir ki, Azərbaycanda heyrətamiz mənzərələr, sıldırımlı qayalar və ucqar kəndləri arasında dünyanın ən möhtəşəm gəzinti yollarından bir çoxları var.

Vurğulanır ki, macərasevərlərə möhtəşəm mənzərələr arasında sehrli Qafqaz dağlarında, Quba rayonunun Qalaxudat kəndindən Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi olan Xınalığa 8 kilometrlik məsafədə gəzinti təklif olunur. Təxminən 3 saatlıq marşrutun əsas hissəsi Qızılqayanın solğun qayalıqlarına və yamyaşıl Qudyalçay vadisinə açılan geniş və düz yoldur.

Xınalığın Qafqaz regionunun ən qədim yaşayış məskənlərindən biri olduğu, buranın sakinlərinin əsrlər boyu öz dil və mədəniyyətlərini qoruyub saxladıqları bildirilir.

Bildirilir ki, “Qədim memarlığın canlı muzeyi” kimi təsvir olunan Xınalığın sakinləri ənənəvi sənətkarlıqla - toxuculuq, dulusçuluq və xalçaçılıqla məşğul olurlar. Burada ənənəvi samovarda çay süfrəsi verən kiçik çayxana, yaşayış və yemək təklif edən qonaq evləri var.
İkinci istiqamət kimi Talış dağlarının qoynunda yerləşən Sım kəndindən eyniadlı şəlaləyə uzanan üç saatlıq və 6,5 kilometrlik yol təqdim olunur. Sım evlərin arasında minillik ağaclar və mamırlı qayalar olan, sakinlərinin arıçılıqla, tərəvəzçiliklə məşğul olduğu və mal-qara saxladığı kənddir. Buradan Hirkan Milli Parkından keçən marşrutla mandarin bağlarından uzanan yolla Xəzər dənizinə nəzər salmaq mümkündür.

Çıraqlıdan Cavadxana gedən 5,5 saatlıq və 13,9 kilometrlik yol isə Çıraqlı kəndindən, Gəncəçayın sahilində, Qoşqar dağının ətəklərindən başlayır. Marşrutun çox hissəsi ağaclar və bitki örtüyünün az olduğu torpaq və dağ yollarından keçir.

Lakin ətrafda möhtəşəm zirvələri - Kəpəz, Qoşqar və Murov dağ silsiləsinin ecazkar mənzərələrindən həzz almaq olar. Cavadxan zirvəsində 1786-1804-cü illərdə hakimiyyətdə olmuş Gəncə xanlığının sonuncu xanı Cavad xanın abidəsi var.

Laza və Kuzun kəndləri arasında yaşıl dərələr və şəlalələrlən keçən 2,5 saatlıq və 6,5 kilometrlik yol isə növbəti istiqamətdir. Bu yol Qusar rayonunun iki qədim yaşayış məskənini birləşdirir.

Qusarçay vadisində gəzinti zamanı sıldırımlı qayalara, şəlalələrə, meşələrə və başı qarlı dağlara heyran qalmamaq mümkün deyil. Yolboyu Qusarçay dərəsinə axan şəlalələrin valehedici mənzərəsindən həzz almaq olar.

Quba-Bakı magistralıilə qərbə, Altıağac dağ kəndinə doğru irəliləyərək, sürreal gözəlliklər vadisindən keçirsən. Hər iki tərəfdə psixodelik qırmızı, çəhrayı, narıncı və tabaşir zolaqları və burulğanları olan yuvarlanan təpələr var.
Bildirilir ki, Azərbaycan üzrə ən çox satılan bələdçi kitablarının müəllifi britaniyalı səyahətçi Mark Elliott bu əraziyə “Candy Cane Mountains” adını verib. Möhtəşəm rənglərin süxurdakı dəmir birləşmələrinin tədricən eroziyaya məruz qalması ilə bağlı olduğu qeyd edilir.












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO