Lerikdə torpaq sürüşməsi OLDU - FOTO

Lerikdə torpaq sürüşməsi OLDU - FOTO

Hazırda oxunan: Lerikdə torpaq sürüşməsi OLDU - FOTO

155727

Axşam saatlarından başlayaraq yağan leysan xarakterli yagışlar Lerik rayonunda bir sıra fəsadlara yol açıb. 

Bizim.Media-nın cənub bürosuna Piran kənd icra nümayəndəliyindən bildiriblər ki, rayonun Piran kəndində Rzayeva Xanıma məxsus ərazidə böyük torpaq kütləsində sürüşmə baş verib. 

Nəticədə yaşayış evinin uçması təhlükəsi yaranıb. Həmçinin Piran kəndinde evləri su basıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölməsinin əməkdaşları cəlb olunub. 

Bundan başqa, Zərikuməzor kəndində də torpaq sürüşməsi baş verib. Nəticədə kənd yolu bağlanıb. Hazırda yolun açılması istiqamətində işlər davam edir. 
Qeyd edək ki, dünən axşam saatlarından Kənkəran-Lerik avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan məhdudiyyət artıq aradan qaldırılıb. 


Elşən Feyzullayev, cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO