Şəmkirdə 21 yaşlı qız itkin düşüb - FOTO

Şəmkirdə 21 yaşlı qız itkin düşüb - FOTO

Hazırda oxunan: Şəmkirdə 21 yaşlı qız itkin düşüb - FOTO

155614

Şəmkirdə 21 yaşlı qadın itkin düşüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, E.Əhmədovanın yaxınları bununla bağlı Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

"Onun əlamətləri isə belədir: boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - DİN rəsmisi qeyd edib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO