Qarabağ separatçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlılarının təklifini qəbul ediblər. Yüklər Qarabağa Laçın və Ağdam-Xankəndi yolları ilə paralel olaraq çatdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İctimai Televiziyası yayıb.
Mənbə yazır ki, daşınma BQXK-nın avtomobilləri ilə həyata keçiriləcək:
“Qərar mövcud böhran vəziyyəti nəzərə alınmaqla qəbul edilib”.
Əslində hər iki yolun paralel açılması təklifi Azərbaycana məxsusdur. Prezidentin köməkçisi Hikmət Hacıyev dəfələrlə bunu qeyd edib. İndi təhlükənin bir addımlığında olduqlarını anladıqları üçün tələsik hər iki yolun paralel açılmasına razılıq veriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 17.09.2023
Separatçılar şərtlərimizlə razılaşdı - Yüklər, həmçinin Ağdam-Xankəndi yolu ilə çatdırılacaq
Hazırda oxunan: Separatçılar şərtlərimizlə razılaşdı - Yüklər, həmçinin Ağdam-Xankəndi yolu ilə çatdırılacaq
Hazırda oxunan: Separatçılar şərtlərimizlə razılaşdı - Yüklər, həmçinin Ağdam-Xankəndi yolu ilə çatdırılacaq
155613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.