Bu günə qədər 10 kütləvi məzarlıq TAPILIB

Bu günə qədər 10 kütləvi məzarlıq TAPILIB

Hazırda oxunan: Bu günə qədər 10 kütləvi məzarlıq TAPILIB

155608

Bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur", o əlavə edib.

Sektor müdiri qalıqların eyniləşdirilməsi məsələsinə də toxunub.

"Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO