Bakıda ofis binasında yanğın olub

Bakıda ofis binasında yanğın olub

Hazırda oxunan: Bakıda ofis binasında yanğın olub

155527

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 m² olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan 2 ədəd kondisioner, 1 ədəd səs gücləndirici qurğu və 1 ədəd mikrofon yanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə və 1 ədəd kondisioner qarsalanıb. 

"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO