İnzibati rəhbər vəzifələr üzrə imtahan KEÇİRİLƏCƏK 

İnzibati rəhbər vəzifələr üzrə imtahan KEÇİRİLƏCƏK 

Hazırda oxunan: İnzibati rəhbər vəzifələr üzrə imtahan KEÇİRİLƏCƏK 

155449

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. 

DİM-dən Bizim.Media-ya bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq.

Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. 

Qeyd edək ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO