Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyir.
Bizim.Media
![Bakıdan göndərilən ərzaq karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda GÖZLƏYİR - FOTO Bakıdan göndərilən ərzaq karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda GÖZLƏYİR - FOTO](https://bizim.media/file/articles/2023/09/16/1694843291_photo_5199927634551754007_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 16.09.2023
Bakıdan göndərilən ərzaq karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda GÖZLƏYİR - FOTO
Hazırda oxunan: Bakıdan göndərilən ərzaq karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda GÖZLƏYİR - FOTO
Hazırda oxunan: Bakıdan göndərilən ərzaq karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda GÖZLƏYİR - FOTO
155425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.