XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq 

XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq 

Hazırda oxunan: XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq 

155399

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyinə (XİN) işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə aparılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə DİM-in məlumatında qeyd edilib. 

Məlumata görə, XİN-ə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır. 

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq. 
Daha ətralı məlumatı buradan əldə edə bilərsiniz. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO